Fransa erməni separatizmini dəstəkləyir, öz daxilində isə separatizmə qarşı müharibə elan edir – Deputat

Təəssüf ki, bu gün özlərini demokratiyanın carçısı elan edən bir
çox ölkələr, o cümlədən, Fransa ikili siyasət yeridir, erməni
separatizmini dəstəkləyir, öz daxilində isə separatizmə qarşı
müharibə elan edir.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, nə zamana qədər ki, separatizmə münasibətdə ikili
standartlar höküm sürəcək, bu, beynəlxalq bəlaya qalib gəlmək
imkanları məhdudlaşacaq.

“Necə olar bilər ki, bir yerdə separatçı yaxşı olsun, başqa
yerdə pis? Bu, mümkün deyil. Necə ola bilər ki, bir halda
separatizm dəstəklənsin, Qarabağda erməni separatizminə dəstək
göstərilsin, başqa bir halda, Fransada korsikalılar ayağa qalxıb
müstəqillik istəyəndə separatçı adlandırılsın və ona qarşı şiddət
tətbiq edilsin?!

Bu, ikili standartların birbaşa nümunəsidir və Fransanın
timsalında biz bunu çox görmüşük”, – deyə deputat bildirib.

O qeyd edib ki, Fransa parlamentinin hər iki palatası
Ermənistan-Azərbaycan münaqişəsinə mövqeyində açıq-aşkar
separatizmi dəstəkləyən qətnamələr qəbul etdi.

“İndi necə olur ki, oxşar hadisələr, yəni separatizm dalğası
Fransada baş alanda, yəni korsikalılar müstəqillik istəyəndə bu pis
hesab edilir, ona qarşı şiddət tətbiq edilir? Bu hansı beynəlxalq
hüquq-norma prinsipidir?! Bu nə ikili standartlardır, selektiv
yanaşmadır?!”, – deyə deputat sual edib.

Teqlər: