Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir – Senator (FOTO)

Fransa erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsində kömək etməlidir.

AzerTimes-ın məlumatına görə, bunu fransalı senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsində Azərbaycana dünya ictimaiyyəti, o cümlədən Fransa kömək göstərməlidir.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: