Ötən gün Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Əlcəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, aksiyaçılar təhlükəsizlik qüvvələrinin Fransa bazasında qurduğu maneələri söküb, ora yaxınlaşıb, bəziləri hətta onun ərazisinə daxil olmağa cəhd göstəriblər.