Fransa Durovun qardaşını da axtarışa verdi

Fransa Durovun qardaşını da axtarışa verdi

Teleqramın təsisçisi Pavel Durovun qardaşı Nikolay Durov da Fransada axtarışa verilib.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Bildirilib ki, Pavel və Nikolay haqqında həbs qərarı martın 25-də mütəşəkkil dəstənin tərkibində yetkinlik yaşına çatmayanların pornoqrafik görüntülərinin saxlanması, yayılması və ya onlara girişin təmin edilməsində iştirak ittihamı ilə verilib.

Teqlər: