Fransa hakimiyyətinin söz azadlığı ilə bağlı mövqeyi də daxil olmaqla, Moskva ilə Paris arasında münasibətlər indi ən aşağı həddə çatıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Pavel Durovun həbsini şərh edərkən deyib.
Nazir qeyd edib ki, fransızlar şifrələmə kodlarına çıxış əldə etmək üçün Teleqramın yaradıcısını hədələyirlər:
“Bütün bunlar messencerin həqiqətən təhlükəsiz platforma olduğunu deməyə əsas verir”.