Fransa dənizçiləri qayıqlarla La-Manşdan keçməyə çalışan 72 miqrantı xilas edib

Fransa dənizçilik xidmətləri La-Manş boğazından keçməyə çalışan qanunsuz miqrantların olduğu iki qayığı saxlayıb. Miqrantlar oradan Böyük Britaniyaya keçmək istəyiblər.

AzerTimes-ın məlumatına görə, bu barədə La-Manş və Şimal dənizi zonasının prefekturası bildirib.

Bildirilib ki, ümumilikdə 72 nəfər xilas edilib: “Martın 21-də Qrin-Ne burununda yerləşən Regional Monitorinq və Xilasetmə Əməliyyat Mərkəzi Kale yaxınlığındakı La-Manş sularında batmaqda olan miqrantlarla dolu bir neçə qayığın olduğunu bildirib”.


Sahilə qayıtdıqdan sonra onlar həkimlərə, daha sonra sərhəd polisinə təhvil verilib.