Fransa Daxili İşlər Nazirliyi davam edən pandemiya ilə əlaqədar altı nəfərdən çox qrup şəklində açıq havada toplaşma qadağası tətbiq edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Nazirlik xəbər verib.
Bildirilib ki, müvafiq telegramı daxili işlər naziri Jerald Darmanen polis prefektlərinə göndərib.
Sərəncamda qadağanın təkcə keçən həftə karantin tətbiq olunduğu 16 departametə deyil, bütün Fransa ərazilərinə aid olduğu vurğulanır.