Fransa COP29-dan imtina etdi – Bayramovdan reaksiya

Fransa COP29-dan imtina etdi – Bayramovdan reaksiya

Fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir deyib ki, özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən AB-nin aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması, konfransda iştirak etməməsi yanlış addımdır:

“Ən azı Azərbaycan heç vaxt iqlim mövzusunu digər Azərbaycan-Fransa arasında olan münasibətlərə qarışdırmır. Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konsteuktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir”.

Teqlər: