Fransa fevralın 22-də Ermənistana silahların yeni partiyasını tədarük edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Fiqaro” məlumat yayıb.
Bildirilib ki, yeni partiyaya gecəgörmə cihazları və 250 km-ə qədər məsafədə təyyarələri aşkar edə bilən GM200 RLS-lər daxildir:
“Tərəflər bu barədə hələ 2023-cü ilin oktyabrında hava hücumundan müdafiə, eləcə də gecəgörmə durbinləri ilə bağlı niyyət sazişləri imzalanarkən razılaşıblar”.
Nəşrin yazdığına görə, Ermənistan və Fransa 2024-cü ildə birgə hərbi təlimlər keçirməyi də planlaşdırır.