Ukrayna hava hücumundan müdafiəni gücləndirmək üçün Fransanın “Thales” şirkətindən “Control Master 200” radar sistemini alıb.
AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, bura “Ground Master 200” hava nəzarət radarı, radio rabitə sistemi, “ControlView” hava hücumundan müdafiə idarəetmə mərkəzi və portativ silah paylama terminalları daxildir.
Sistem Ukrayna ərazisinin mühafizəsini gücləndirəcək və mövcud təhdidlərin erkən aşkarlanmasına imkan verəcək.
Qeyd edək ki, şirkətin Ukraynaya satdığı ikinci radar sistemidir.