Fransa Burkina-Fasodan hərbçilərini 30 gün ərzində çıxarmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Fransa XİN-in rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
“Rəsmi olaraq Burkina-Faso hökumətinin bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişini ləğv etməsi barədə bildiriş aldıq”, – rəsmi şəxs qeyd edib.