Fransa bu ölkədən qoşunlarını çıxarır

Fransa bu ölkədən qoşunlarını çıxarır

Fransa Malidən sonra Mərkəzi Afrika Respublikasından da qoşunlarını çıxarır.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın Mərkəzi Afrika Respublikasındakı səfirliyi məlumat yayıb.

Qoşunların hansı tarixdə çıxarılması ilə bağlı dəqiq məlumat verilməsə də, Fransa və Mərkəzi Afrika Respublikası rəsmilərinin texniki məsələlərdə razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Fransa 2022-ci ilin avqust ayında Malidəki 3 bazasını və 2400 əsgərini çıxararaq qonşu ölkə Nigerə yerləşdirib.

Teqlər: