Fransa bu ölkədəki səfirliyini bağlayır

Fransa bu ölkədəki səfirliyini bağlayır

Fransa Nigerdəki səfirliyini qeyri-müəyyən müddətə bağlamağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilir ki, bununla bağlı Fransa hökuməti sözügedən ölkədəki diplomatik korpusun əməkdaşlarına məktub ünvanlayıb.

Fransa rəsmiləri bu məlumatı nə təsdiq, nə də təkzib ediblər. Lakin onlar bildiriblər ki, məhdudiyyətlər işi çətinləşdirdiyi üçün vəziyyət daha da qəlizləşib.

Qeyd edək ki, Niger və Fransa arasında münasibətlər ordunun Prezident Məhəmməd Bazumun devrilməsindən və iyul ayında çevrilişlə hakimiyyəti ələ keçirməsindən sonra pisləşib.

Teqlər: