Fransa Ukraynaya yaxın həftələrdə “Caesar” özüyeriyən artilleriya qurğuları verəcək.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-1 telekanalı məlumat yayıb.
Məlumata görə, Prezident Emmanuel Makron Ukraynaya daha 6 artilleriya sistemi göndərməyi razılaşdıracaq.
Bundan əvvəl də Fransa Ukraynaya 6 ədəd “Caesar” özüyeriyən artuilleriya qurğuları göndərmişdi.
Ukrayna mətbuatının yazdığına görə, Fransa Ukraynaya “Caesar” haubitsalarının mərmiləri üçün təmassız partlayıcılar göndərib.
Qeyd edək ki, bu partlayıcılar yerə qədər olan məsafəni ölçmək üçün radardan istifadə edir, əvvəlcədən müəyyən edilmiş hündürlükdə partlayır və şrapnel “yağışı”na səbəb olur. Partlayıcılar düşmənin səngərdə yerləşən canlı qüvvəsini məhv etmək üçün olduqca idealdır.