Fransa bu ideologiyadan əl çəkməlidir – Ekspert

Fransa bu ideologiyadan əl çəkməlidir – Ekspert

Fransız hökuməti qəddarlıqla müşayiət olunan irqçilik ideologiyasından əl çəkməlidir.

AzerTimes xəbər verir ki, bunu Fransa Ədalət və Azadlıqlar Komitəsinin (CJL) rəhbəri olan siyasi analitik və insan haqları müdafiəçisi Yaser Luati deyib.

O bildirib ki, demokratik dəyərlərdən danışan fransız siyasətçilər insan hüquqlarının müdafiəsi sahəsində konkret addımlar atmalıdırlar.

Onun sözlərinə görə, müsəlman, ərəb və qaradərili azlıqlar vəhşicəsinə həbs olunur və çox vaxt ya küçələrdə, ya da polis bölmələrində polis tərəfindən öldürülür. Bununla belə, uzun müddət vəhşilik, irqçilik və polis sıralarında ifrat sağ təmayüllü ideologiyanın nə qədər üstünlük təşkil etdiyini göstərən çoxsaylı araşdırmalara baxmayaraq, hökumət polisin geniş əhali ilə münasibətini yenidən nəzərdən keçirmək üçün hərəkətə keçməyə hazır görünmür:

“Əslində, biz hər şeyin ən pisə doğru inkişaf etdiyini görürük, daha az şəffaflıq, daha az hesabatlılıq və polisə çox az və ya heç bir nəzarət olmadan böyük səlahiyyət verilir”.

Qeyd olunub ki, Fransanın Renn şəhərinin yoxsullar məhəlləsində 27 yaşlı seneqallı Babacar Gueyenin 2015-ci il dekabrın 2-də gecə saatlarında polislər tərəfindən qətlə yetirilməsindən sonra baş verən kütləvi etirazlardan sonra irqçi polisin fəaliyyətində müsbət dəyişikliklər olmayıb. Bu ölkənin “qanun keşikçiləri” irqçilik zəminində vəhşi cinayətlərini davam etdirirlər.

Teqlər: