Fransa hakimiyyəti Braziliya, Argentina, Çili və Cənubi Afrikadan gələnlər üçün məcburi karantin tətbiq edilməsinə dair qərar verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Fransa baş naziri Jan Kasteksin administrasiyası bildirib.
Məlumata əsasən, bu ölkələrdən olan qonaqlar gələndən sonra 10 gün ərzində karantinda qalmasının lazım olduğuna qərar verilib. Binadan çıxmaq üçün müəyyən bir saat təyin ediləcək.