Fransa hərbçiləri Ukraynadakı münaqişə zonasında peyda olarsa, qaçılmaz olaraq Rusiya ordusunun hədəfinə çevriləcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Fransızlar münaqişə zonasında (Ukraynada – red.) peyda olsalar, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər. Mənə elə gəlir ki, Paris bunu yaxşı başa düşür”, – o bildirib.