Kifayət qədər maraqlıdır ki, Fransa səfiri qısa demarşdan və Makronun Azərbaycanla münasibətlərə dair məsləhətləşmələrə çağırışından sonra Bakıya qayıtmağa məcbur olub.
AzerTimes xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Fransa səfiri Ann Buayonun Azərbaycana qayıtmasına münasibət bildirərkən deyib.
“Parisin yenidən Bakıya təzyiqlərini davam etdirmək cəhdləri fiasko ilə başa çatır. Fransa çökür. Bu, bir daha onu göstərir ki, Azərbaycan hakimiyyətinin indiki halda qəti mövqeyi opponentlərini onu qəbul etməyə məcbur edir. Öz milli maraqlarını müdafiə etmək üçün aydın, sərt siyasət Azərbaycana mühüm üstünlüklər verir. O cümlədən Ermənistan-Azərbaycan nizamlanması yolunda”, – o bildirib.