Fransa bacarmadı, ABŞ düşüb ortaya – Əsgərov

Fransa bacarmadı, ABŞ düşüb ortaya – Əsgərov

Biz müharibəni kişi kimi apardıq, heç bir mülki şəxsin burnu da qanamadı. Ancaq ABŞ Azərbaycanın müstəqilliyini, 44 günlük müharibədə qələbəsini qəbul edə bilmir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Bildirib ki, ABŞ əvvəl sülh müqaviləsinin imzalanmaması üçün Fransanı qabağa verirdi:

“ABŞ-da indi belə qərar ona görə qəbul olunur ki, Azərbaycanın müstəqilliyini, Azərbaycanın 44 günlük müharibədə qələbəsini qəbul edə bilmirlər. İndi gördü Fransa bacarmır, özü düşüb ortaya, Azərbaycan prezidentinin müstəqil siyasət yürütməsini qəbul edə bilmirlər. Onlar qəbul edə bilmirlər ki, biz Türkiyəylə Şuşa Bəyannaməsi imzalamışıq”.

Ziyafət Əsgərov qeyd edib ki, beynəlxalq hüquq işləmir: “Beynəlxalq hüquq onlara lazım olanda işləyir. Biz NATO-nun tədbirində idik. Onda biz həqiqətləri çatdırmaq üçün çıxışlar edirdik. Orada mənə dedilər ki, eşitmişik, siz universitetdə professorsunuz. Beynəlxalq hüquq kitablarda olur, onu gedib tələbələrinizə deyərsiniz. Ermənistan bizə milyardlarla ziyan vurub. Heç bir dövlət işğal illəri ərzində Ermənistana bir dənə sanksiya tətbiq etmədi, əksinə, indi biz belə təhdidlərə məruz qalırıq”.

Teqlər: