Fransa Azərbaycanda yeni təhsil layihələrini təşviq edir – Səfir

Fransa Azərbaycanda yeni təhsil layihələrini təşviq edir.

Trend-in
məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross
Bakı Dövlət Universiteti (BDU) və Lion Universiteti arasında ikili
diplom barədə sazişin imzalanması mərasimi zamanı jurnalistlərin
suallarını cavablandırarkən deyib.

“Biz hazırda Azərbaycan Turizm Universiteti ilə magistr kursu
proqramını müzakirə edirik. Bu proqram Azərbaycanın turizm
sektorunun inkişafına, ekstremal turizmin və ümumi iqtisadi artımın
inkişafına xidmət edəcək”, – səfir deyib.

Onun sözlərinə görə, Fransa və Azərbaycan mühəndislik və
sənətşünaslıqla yanaşı, hüquq, sosial elmlər, menecment sahələrində
də əməkdaşlıq etməlidir.

“Biz Bakı Dövlət Universiteti ilə əməkdaşlıqdan məmnunuq. Biz
bir ildən də az müddət ərzində bu əməkdaşlığı qura bildik. BDU və
Lion Universitetinin birgə diplomları həm Azərbaycanda, həm
Fransada, həm də bütün Avropada tanınacaq”, – deyə o bildirib.

Səfir əlavə edib ki, BDU ilə dayanıqlı iqtisadi inkişaf
sahəsində əlavə layihələr müzakirə olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: