Fransa Azərbaycan, Ermənistan və Avropa Şurası arasında üçtərəfli görüşün nəticələrini alqışlayır – XİN

Fransa mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl
Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə
keçirilmiş görüşün nəticələrini alqışlayır.

Trend xəbər
verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı
bəyanatda bildirilir.

Bundan əlavə, Fransa tərəfi Aİ-nin himayəsi altında Ermənistan
və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha
təsdiqləyərək, bu dialoqa öz töhfəsini verəcəyini bəyan edib.

Teqlər: