Fransa ardıcıl ikinci gün COVID-19-a yoluxma hallarına görə rekord göstərici qeydə alınıb

Fransada son sutka ərzində 94,1 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “BFM TV” telekanalı bildirib.

Bu, ölkədə koronavirus pandemiyasının başlanmasından bəri ən yüksək xəstələnmə göstəricisidir. Əvvəlki antirekord, bir gün əvvəl qeydə alınan gündəlik 91,6 min yoluxma faktı olub.

Son 24 saat ərzində Fransada koronavirusla bağlı rekord sayda test verilib – 1,55 milyon test.