Fransa noyabrın 25-dən etibarən Litvaya dörd “Rafale” döyüş təyyarəsi yerləşdirəcək. Onlar Baltikyanı ölkələrin hava məkanını qorumaq missiyasını təmin edəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə “Occitanie Tribune”məlumat yayıb.
Təyyarələr Fransanın Mont-de-Marsandakı 118-ci aviabazasından havaya qalxacaq.