Fransa artıq Ukraynaya göndəriləcək hərbi kontingent hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
O qeyd edib ki, ilkin mərhələdə kontingenti təxminən 2000 hərbçi təşkil edəcək.
“Fransanın Ukraynadakı hərbi birliyi Rusiya silahlı qüvvələri üçün qanuni və prioritet hədəfə çevriləcək”, – S.Narışkin vurğulayıb.