10 may 2022-ci il tarixində xalqımızın ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fövqəladə
hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi
ilə Nazirliyin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını
ziyarət edib.
Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, əziz
xatirəsi ehtiramla anılıb.