Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə
əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, Milli Hidrometeorologiya
Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə
ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək
əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi
proqnozlaşdırılır.
Gözlənilən hava şəraiti ilə əlaqədar nazirlik əhaliyə müraciət
edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
“Güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün
diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur. Həmçinin güclü küləyin baş verə biləcək yanğınların
söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın
təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!” – deyə FHN-in məlumatında qeyd
olunub.