Forumun gündəliyindəki məsələlər çox aktualdır – Viktor Yuşşenko

Forumun işini təqdirəlayiq hesab edirəm. Gündəlikdəki məsələlər çox aktualdır, məhsuldar debatlar var.

Trend xəbər verir ki, bu sözləri Ukraynanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşşenko jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, forum çox əlamətdar günlərə – Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin ildönümünə təsadüf edir. Forumun keçirilmədiyi son iki ildə bölgədə çox müxtəlif hadisələr baş verib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ona uğurlar arzulayıram.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

Teqlər: