Noyabrın 4-dən 6-dək keçirilən VIII Qlobal Bakı Forumu böyük qlobal əhəmiyyətə malikdir. Forumda müxtəlif mövzularda müzakirələr aparılır. “COVID-19 pandemiyasından sonrakı dünya” mövzusuna həsr edilmiş forumda bir sıra qlobal problemlər, o cümlədən COVID-19 pandemiyasının təsirləri müzakirə edilib.
Trend xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında VIII Qlobal Bakı Forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
“Hesab edirəm ki, forumda müzakirə olunan mövzular problemlərin həllinə faydasını verəcək. COVID-19 pandemiyasına qarşı dünya ölkələrinin birgə mübarizəsi problemlərin həlli istiqamətində öz bəhrəsini verəcək. VIII Qlobal Bakı Forumunun işini yüksək qiymətləndirirəm”, – deyə İ.Serageldin bildirib.