“Fortis Academy”: 48 şagirdən 46-ı ali məktəbə qəbul oldu

“Fortis Academy”: 48 şagirdən 46-ı ali məktəbə qəbul oldu

Hər zaman öz uğurlu nəticələri ilə gündəmə gələn “Fortis Academy” bu il də böyük uğura imza atıb.

AzerTimes xəbər verir ki, 2021-2022-ci tədris ilində “Fortis Academy”dən məzun olan 48 şagirdin 46-sı muxtəlif ali məktəblərə qəbul olunub.

“Fortis Group”un İdarə Heyətinin sədri Elşad Bayramovun bildirdiyinə görə, 20 müəllimin çalışdığı, davamlı olaraq yüksək nəticə göstərən bu təhsil ocağının şagird tutumunun artırılması daim diqqət mərkəzindədir.

Belə ki, təsis olunduğu 2019-2020-ci tədris ilində “Fortis Academy”də 120 şagird təhsil alıb. Pandemiyanın geniş yayıldığı 2020-2021-ci tədris ilində də bu say qorunub. 2021-2022-ci il tədris ilində şagird sayı 150-yə, 2022-2023-cü illəri əhatə edən yeni tədris ilində 33% artırılaraq 200 şagirdə çatdırılıb.

“Bu layihə xeyriyyə məqsədli və yüksək ictimai faydaya malik Korporativ Sosial Məsuliyyət layihəsi olduğundan ona hər zaman yüksək diqqət göstərmişik. Uğurlu nəticələrə görə əməyi olan hər kəsə öz təşəkkürümü bildirir, tələbə adını qazanmış məzunları isə bir daha təbrik edirəm!”, – deyə Elşad Bayramov bildirib.

Qeyd edək ki, “Fortis Academy” “Fortis Group” MMC tərəfindən həyata keçirilən təhsilin inşasına dəstək sosial layihəsidir.

Təhsilə marağı olan şəhid, qazi və sosial təminatı zəif olan ailələrin övladları üçün nəzərdə tutulan bu layihənin bütün xərcləri “Fortis Group” tərəfindən qarşılanır. Burada 9, 10, 11-ci sinif şagirdləri tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar.

Teqlər: