Forsaj filminin növbəti seriyası nümayiş olunacaq

Forsaj filminin növbəti seriyası nümayiş olunacaq

Aktyor Vin Dizel “Forsaj” filminin davamının çəkildiyini elan edib.

AzerTimes xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

O bildirib ki, “Forsaj: Əbədi” 2028-ci il martın 17-də bütün dünyada nümayiş etdiriləcək. Film franşizanın onuncu hissəsinin davamı olacaq.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Vin Dizel “Forsaj” franşizasının yeni filmində Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo üçün rol hazırlandığını elan etmişdi.