Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı

Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

AzerTimes xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.

Teqlər: