Xəbər - Orxan Nəbiyev – Trend:
Formula 1 üzrə 2022-ci il Rusiya Qran-prisi ləğv edilib.
Trend-in
məlumatına görə, bu barədə Formula 1-in bəyanatında deyilir.
Qeyd olunur ki, qərar Rusiyanın Ukrayna ərazisində keçirdiyi
hərbi əməliyyatlarla əlaqədar verilib.
Rusiya Qran-prisi sentyabrın 25-də Soçidə keçirilməli idi. Həmin
tarixdə Formula 1 mərhələsinin Türkiyədə keçirilməsi
gözlənilir.
Qeyd edək ki, bu gün, həmçinin UEFA Çempionlar Liqasının builki
finalının təşkilini Sankt-Peterbuqradan alaraq Parisə vermişdi.