Formula 1 üzrə Dünya Çempionatının 16-cı mərhələsi – Türkiyə Qran Prisi oktyabrın 3-də deyil, oktyabrın 10-da baş tutacaq.
AzerTimes-ın məlumatına görə, 1-3 oktyabrda “Intercity Istanbul Park”da keçirilməsi planlaşdırılan yarış həftəsonu, Türkiyədən gələnlər üçün məcburi 10 günlük karantinda qalmasına görə 8-10 oktyabr tarixinə təxirə salınıb.
Qeyd edək ki, 11-13 İyunda keçirilməsi planlaşdırılan Türkiyə Qran Prisi Covid-19-a görə tətbiq edilən səyahət məhdudiyyətləri səbəbindən ləğv edilmişdi, lakin daha sonra yenidən təqvimə salınıb.