Hazırda yarışın yerli televiziyada yayımı ilə bağlı müzakirələr
aparılır. Nəticə ilə bağlı açıqlama veriləcək.
Bunu AzerTimes-a müsahinəsində Formula 1 Azərbaycan Qran Prisinin
mətbuat katibi Turab Teymurov deyib.
“Bununla yanaşı, azarkeşlər digər Formula 1 yarışları ilə
yanaşı, Azərbaycan Qran Prisini də dünyanın bir sıra qabaqcıl idman
televiziya kanalları vasitəsilə izləyə biləcəklər. Qeyd edək ki,
Formula 1 Azərbaycan Qran Prisininin qlobal tamaşaçı auditoriyası
1.5 milyarda yaxındır. Maraqlı faktı diqqətinizə çatdıraq. Son iki
mövsümdə Azərbaycan Qran Prisi Monako Qran Prisini keçərək ABŞ-da
izlənilən ən popular yarış olub, – deyə T.Teymurov əlavə edib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 10-12 iyun
tarixlərində baş tutacaq.