Formula 1-in Bakıda keçirilməsi Azərbaycanın dünyada təbliğ olunmasında böyük rol oynayır – Rauf Əliyev

COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətlərin yumşalmasından sonra Azərbaycan növbəti dəfə dünyanın ən nüfuzlu beynəlxalq idman növlərindən biri olan Formula-1-ə ev sahibliyi edir. Pandemiyadan əvvəl ölkəmiz çoxlu sayda beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Azərbaycan müasirlik, sabitlik, təhlükəsizlik və digər göstəricilər baxımından hal-hazırda dünyada ən qabaqcıl ölkələr sırasındadır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat qeyd edib ki, bu nöqteyi-nəzərdən yüzlərlə ölkələrdə canlı yayımlanan Formula-1 Azərbaycanın imkanlarını dünyada təbliğ edilməsi üçün növbəti bir imkandır. Nəzərə almaq lazımdır ki, bu idman növü dünyanın ən böyük televiziya auditoriyasına malik idman növlərindən biridir. 2018-ci ildə dünyanın 20 əsas ölkəsində bu yarışmanın televiziya auditoriyası 1,4 milyard tamaaşaçı, 2019-cu ildə isə 1.9 milyarddan çox tamaşaçı təşkil etmişdir:

“Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində Ermənistan üzərində qazandığı Böyük Zəfərdən sonra bu yarışın keçirilməsinin xüsusi əhəmiyyəti var. Bu yarışın Azərbaycanda keçirilməsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin ölkəmizə investisiyalar qoyulmasına maraqlarını artıracaq. Eyni zamanda, bu yarışma ölkəmizdə turizm imkanlarının təbliğində, bu sektorunun inkişafına xarici investorların cəlb edilməsinə köməklik göstərəcəkdir”.

Teqlər: