Formula 1: 4 pilot mübarizəni dayandırdı

Formula 1: 4 pilot mübarizəni dayandırdı

Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turunun ikinci sessiyasının nəticəsinə görə, daha dörd pilot – Niko Hulkenberq, Kevin Maqnussen (hər ikisi “Haas”), Oskar Piastri (“McLaren”) və Esteban Okon (“Alpine”) mübarizəni dayandırıb.

AzerTimes xəbər verir ki, kiderliyə isə “Red Bull Racing”in pilotu Maks Ferstappen yüksəlib.

Təsnifat turu üç sessiyadan ibarət olacaq və yürüşün ümumi nəticəsinə görə, sprint yarışının start düzülüşü müəyyənləşəcək.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Qran-Prinin dördüncü mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Teqlər: