Amerikanın “Ford” avtokonserni Ukraynadakı hadisələri ilə
əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.
Trend xəbər verir ki, bu barədə istehsalçının rəsmi saytında
yerləşdirilmiş bəyanatda deyilir.
“Mövcud vəziyyətlə əlaqədar olaraq, biz bu gün müəssisə üzrə
tərəfdaşlarımıza məlumat vermişik ki, Rusiyadakı fəaliyyətimizi
bundan sonra növbəti xəbərdarlığa qədər dayandırırıq”, – bəyanatda
qeyd olunur.
Həmçinin vurğulanır ki, “Ford” son bir neçə il ərzində Rusiyada
fəaliyyətinin həcmini azaldıb.
Şirkət həmçinin Ukraynaya dəstəyini ifadə edərək humanitar
məqsədlər üçün xüsusi fonda 100 min dollar köçürmək niyyətində
olduğunu bildirib.