Ötən ilin may ayında andlı iclasçılar tərəfindən qaradərili Corc Floydun qətlində təqsirli bilinən keçmiş polis Derek Şovinə hökm 16 iyun tarixində veriləcək.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, D.Şovini 40 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, 25 may 2020-ci ildə Derek Şovin afroamerikalı həbs edərkən boğma fəndi tətbiq edib. Həbs edilən C.Floyd az sonra ölüb. Ertəsi gün, mayın 26-da D.Şovin və afroamerikalının həbsində iştirak edən digər üç polis işdən qovulub.