ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.
Onun sözlərinə görə, son brifinqdən bəri daha 1 nəfərin meyiti aşkarlanıb: “Hazırda ölənlərin sayı 12 nəfər təşkil edir, 149 nəfər isə itkin düşmüş sayılır”.