ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün brifinq zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.
Onun sözlərinə görə, bu gün dağıntılar altından daha bir neçə nəfərin meyiti tapılıb və ölənlərin ümumi sayı 90 nəfərə çatıb.
Dairənin rəhbəri əlavə edib ki, 31 nəfərin taleyi hələki məlum deyil.