ABŞ-ın Florida ştatında “İen” qasırğasına görə həyatını itirənlərin sayı 40 nəfəri keçib.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, hazırda “İen” qasırğası təhlükə baxımından dördüncü kateqoriyalı güclə saatda 250 km/saat sürətlə hərəkət edir.
2,5 milyona yaxın insan təbii fəlakətə görə işıqsız qalıb, hava limanları işləmir, həmçinin, telekommunikasiya şəbəkələri də sıradan çıxıb.
Qeyd edək ki, ABŞ Milli Qasırğa Mərkəzi “İen” qasırğasının post-tropik siklon səviyyəsinə enməsinə baxmayaraq, təhlükənin hələ də qaldığı barədə xəbərdarlıq edir.