ABŞ-ın Florida ştatında aıtşma baş verib.
AzerTimes-ın “CNN” telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 4-ü yerli polis bölməsinə şübhəli şəxs barədə məlumat daxil olub. Zəng vuran qadın bildirib ki, onun evinin yaxınlığında avtomobildə şübhəli şəxs oturub. Hadisə yerinə gələn polis əməkdaşları sözügedən şəxsi tapmayıblar.
Atışma sentyabrın 5-i səhər saatlarında baş verib. Belə ki, evin yaxınlığına gələn polis əməkdaşları silahlı şəxsi aşkar ediblər. O, yaxınlığında olduğu evə daxil olub və daha sonra atəş səsləri eşidilib. Silahlı evdə biri uşaq olmaqla 4 nəfəri güllələyərək öldürüb, daha 1 qız isə çoxsaylı xəsarətlər alıb.
Polislər evə daxil olublar və cinayətkarı yaraladıqdan sonra onu saxlayıblar. Hazırda cinayətkar (Brayan Rayli) xəstəxanadadır, daha sonra o həbs ediləcək.
Qeyd edilir ki, Brayan Rayli metamfetamin adlı narkotik vasitə qəbul etdiyini bildirib.