Flora qohumu Cavanşir Məmmədovun ölümündən danışdı

Flora qohumu Cavanşir Məmmədovun ölümündən danışdı

Cavanşir Məmmədovun vəfatı məni çox üzdü.

AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Flora Kərimova deyib.

O, danışmaqda çətinlik çəkdiyini bildirib:

“Cavanşir mənim qollarımda böyüyüb. Xəbəri eşidəndən özümə gələ bilmirəm. O, ailənin sevimli övladı idi. Çünki Cavanşir Məmmədov uzun illərdən sonra dünyaya gəlmişdi. Bacı-qardaşı da yox idi”.

Qeyd edək ki, bu gün dünyasını dəyişən əməkdar artist Cavanşir Məmmədov Flora Kərimovanın dayısının oğludur.

Teqlər: