Xəbər - Orxan Nəbiyev – Trend:
Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatın laureatları açıqlanıb.
Trend-in məlumatına görə, bu il mükafatı almaniyalı kimyaçı Benyamin List və amerikalı kimyaçı Devid MakMillan əldə edib.
Onlar asimmetrik üzvi katalizin tədqiqinə və molekul sintezinin yeni üsullarına görə Nobel mükafatına layiq görülüb.
Qeyd edək ki, bu il amerikalı fizioloq Devid Culius tibb və fiziologiya üzrə, yaponiyalı meteoroloq və iqlimşünas Syukuri Manabe, almaniyalı okeanoqraf Klaus Hasselmann və italiyalı fizik Corco Parizi fizika mükafatı əldə edib.
Nobel həftəsi çərçivəsində oktyabrın 7-də ədəbiyyat, oktyabrın 8-də sülh, oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.
Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.