Fizika üzrə Nobel mükafatının sahibləri bəlli olub.
AzerTimes xəbər verir ki, bu barədə İsveç Kral Akademiyası məlumat yayıb.
Mükafata amerikalı Pyer Aqostini, macar alimi Ferents Kraus və fransız Ann Lyuil layiq görülüb.
Mükafat maddədə elektronların hərəkətini öyrənmək üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə verilib.