Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti sui-qəsd cəhdindən sonra yaxşılaşır.
AzerTimes xəbər verir ki, bu barədə hökumət başçısının müalicə olunduğu “Ruzvelt” xəstəxanasının mətbuat xidməti məlumat yayıb.
“Həkim komissiyasının bugünkü iclasından sonra xəstənin vəziyyətinin stabil olduğunu bildirə bilərik. Onun kliniki vəziyyəti yaxşılaşır, danışır və iltihab göstəriciləri getdikcə azalır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Fitso tibbi nəzarət altında qalmağa davam edəcək.