Baş nazir Roberto Fitsoya qarşı sui-qəsd ölkə demokratiyası üçün görünməmiş təhlükədir.
AzerTimes xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini sosial şəbəkə hesabında yazıb.
“Fərqli siyasi baxışlara nifrətin nəyə gətirib çıxara biləcəyindən dəhşətə gəlirəm. Biz hər şeydə razılaşmaq məcburiyyətində deyilik, lakin fikir ayrılığımızı demokratik və hüquqi yolla ifadə etməyin bir çox yolu var”, – Pelleqrini qeyd edib.