Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən müxalif yazıçı Yuray Çintulanın hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri məlumat yayıb.
Məlumatda onun partiyanın üzvü olması ilə bağlı yayılan xəbərlər təkzib edilib.
“Onun hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik. Həmçinin partiyamız ilə də heç bir əlaqəsi yoxdur. Onun iyrənc hərəkətini qətiyyətlə pisləyirik”, – deyə partiyanın bəyanatında deyilib.