Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd onun siyasi rəqiblərinin ölkədə başlatdığı nifrət kampaniyasının nəticəsi idi.
AzerTimes xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, Slovakiyadakı faciəvi hadisələr aşağıdakı kimi inkişaf edib:
“Baş nazir Fitsonun partiyası seçkilərdə qalib gəldikdən sonra məlum oldu ki, bu hökumət əvvəlki liberal hökumətdən fərqli bir kurs izləyir və Fitso kifayət qədər müstəqil siyasət yürüdür, bizim kimi sülhü müdafiə edəcək. Buna görə də ona qarşı nifrət kampaniyası başladıldı”.
Siyarto bildirib ki, Fitsoya qarşı kampaniyanı liberal media və liberal siyasətçilər başladıb.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub.