Fitso sui-qəsd cəhdindən sonra ilk dəfə göründü

Fitso sui-qəsd cəhdindən sonra ilk dəfə göründü

Slovakiyanın Baş naziri Robert Fitso həyatına sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

AzerTimes xəbər verir ki, bu barədə “Dennik Posto” məlumat yayıb.

O, Slovakiyada dövlət bayramı sayılan Müqəddəs Kiril və Methodi Günü münasibətilə Bratislavadakı Devin qəsrində təşkil edilən mərasimdə ayaqüstü nitq söyləyib.

Fitso çıxışında bir sıra siyasi fikirlər səsləndirib.

Qeyd edək ki, mayın 15-də Handlova şəhərində Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olmuşdu. O, 5 güllə yarası almış və 4 dəfə əməliyyat olunmuşdu.

Teqlər: